Vüqar Tofiqli: "Mediamızın doğum gününün səhəri Qarabağın giriş qapısı hesab edilən Ağdamı anırıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Söz azadlığını ilk növbədə kimlərdən, nələrdən müdafiə etməli olursunuz, Vüqar müəllim? İcraçı direktoru olduğunuz fondun ötən illər ərzində keçdiyi yol haqqında danışaq.
- 2004-cü ildə rəsmi dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlayan Söz Azadlığını Müdafiə Fondunun əsas məqsədi ölkəmizdə söz azadlığı sahəsində mövcud vəziyyəti araşdırmaqla yanaşı medianı narahat edən problemlərin həllinə həsr olunmuş layihələr həyata keçirməkdir. Ötən dövrdə "Mətbuat xidmətləri və media münasibətləri"nə həsr olunmuş rəy sorğusu keçirilmiş və bu istiqamətdə movcud problemlər araşdırılmışdır. Ana dilimizin saflığı ilə baglı SAMF tərəfindən həyata keçirilən layihənin xüsusi əhəmiyyəti var. Ötən müddət ərzində küçə reklamlarında, istehlak mallarının üzərində ana dilinə olan münasibətlə bağlı ciddi layihələr həyata keçirilmişdir. Bundan əlavə H.Zərdabı irsinin araşdırılmasına həsr olunmuş tədqiqatlar aparılıb geniş ictimaiyyətə təqdim olunub. Fondun əsas fəaliyyət istiqamətlərindən biri də işğal altında olan ərazilərimizdəki maddi mədəni abidələrimizlə baglıdır.
- Yeri gəlmişkən, Qarabağ həqiqətlərimizin özümüzə və sonra da dünyaya çatdırmaq işində 139 yaşlı mediamız üzərinə düşən vəzifələri həyata keçirə bilirmi?
- Bu gün mediamızın uğurları ilə yanaşı problemləri də var. Bu gün problemlərdən ən başlıcası isə işğal altında olan maddi mədəni irsimizin təbliği ilə bağlıdır. Fond tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qarabağ mövzusuna həsr olunmuş üç layihə həyata keçirilmişdir. Bir sıra istisnaları çıxmaqla problem hələ ki, öz həllini tapmır. Söz yox ki, vətəndaş cəmiyyəti də bu işə öz föhfəsini verməlidir. Problemi ancaq qarşılıqlı əməkdaşlıq etməklə aradan qaldırmaq olar. Gənc nəsli Qarabağa hazırlamaq lazımdır. Elə etməliyik ki, gənclərimiz torpaqlarımızı işğaldan azad etdikdən sonra Qarabağa haradan getməli olduqlarını dəqiq bilsinlər.
- Milli mətbuatımızın növbəti ad günü Ağdamsız başa vurduğumuz daha bir ilin başa çatdığı günlə qonşudur.
- Həqiqətən, təzadlı günlərlə baş-başa yaşamaq məcburiyyətindəyik. Şuşanın işgal gününün səhəri "Qələbə" gününü qeyd edirik. Mediamızın doğum gününün səhəri Qarabağın giriş qapısı hesab edilən Ağdamı anırıq. Ağrılı məqamlardır... Bu bir tarixdir. Ağrımız - acımızı yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra sağalda bilərik.
- Ağdam haqqında yazdığınız kitablar haqqında çoxlarının məlumatı var. Bəs yazacağınız Ağdam, Qarabağ kitabları haqqında nə deyə bilərsiniz?
- Bu günədək çap etdirdiyim kitabların əsas məqsədi məhz gənclərimizə Qarabağın Azərbaycan tarixindəki rolunu izah etmək olmuşdur. Və yəqin ki, bundan sonrakılarda eyni məramla olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





