Cəmiyyət

II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında neçə nəfər 700 bal topladı?

22 İyul 2014 18:55
1 Şərh     Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 700 ballıq nəticə göstərən abituriyentlərin hər biri II ixtisas qrupu üzrə imtahan verib. III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin heç biri 700 bal toplamayıb.

Qeyd edək ki, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.