Bakıda unikal cərrahiyyə əməliyyatı keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 22-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi tibb xidməti mayoru Anar Əmrah mətbuat nümayəndələri ilə görüş keçirib.
Trend-in məlumatına görə, Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının xüsusi təlim və təhsil almış A.Əmrah və 30 nəfərdən ibarət tibb heyəti hospitalımızda təkcə hərbçilərə deyil, ölkənin bütün vətəndaşlarına xidmət göstərir.
Ötən ilin oktyabr ayından bu günədək şöbədə 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib. Belə mürəkkəb ürək əməliyyatları zamanı heç bir itkinin olmaması başlıca uğurdur. Əməliyyat olunanlar içərisində hərbçilər, onların ailə üzvləri və digər mülki şəxslər də var.
"Bu yaxınlarda hərbi səhiyyədə nadir rast gəlinən bir hadisə ilə rastlaşdıq. Səngərdə ümumi yuxu arteriyasının tam qopması ilə zədələnən bir əsgər hərbi ambulans - helikopterlə hospitala çatdırılmışdı. Uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olundu. Əməliyyatdan 1 ay sonra hərbi qulluqçu sağ-salamat evlərinə göndərildi", - deyə mayor A.Əmrah vurğulayıb.
Damar xəstəliklərinin ən ağır fəsadlarından biri sayılan ağciyərin tromboemboliyasının müalicəsi üçün ABŞ-da həyata keçirilən müasir üsul Azərbaycanda ilk dəfə iyulun 20-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsində tətbiq edilərək sağ ağciyər tromboemboliyası əməliyyatı aparılıb. 59 yaşlı xəstənin ağciyər arteriyasına xüsusi kateter yerləşdirilərək, ultrasəs dalğaları və trombolitik dərmanlarla 15 saat ərzində trombun 95 faizi əridilib və nəticədə xəstənin tənəffüsü bərpa edilib. Eyni zamanda gələcəkdə aşağı ətrafdan ağciyərə trombun getməsinin qarşısını almaq məqsədilə aşağı boş venaya xüsusi filtr yerləşdirilərək əməliyyat uğurla həyata keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





