Cəmiyyət

Oruclu halda diş çəkdirmək olarmı?

22 İyul 2014 20:15
0 Şərh     Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, oruclu halda diş çəkdirmək orucu batil etməz. Amma bunu etmək yaxşı da qarşılanmır, yəni məkruh (arzuolunmaz) bilinir.

Çünki oruclu halda bədəni zəiflədən əməlləri etmək məkruhdur. Bu əməllər insanın aclığa və susuzluğa qarşı müqavimətini və davamlılığını azaldır, orucu insan üçün əziyyətli edir.

Diqqət yetirmək lazımdır ki, oruclu şəxs diş çəkdirərsə, boğazına hən hansı maddənin getməsinə imkan verməməlidir. Yəni diş çəkdirməzdən əvvəl dişin dibinə vurulan ağrıkəsici iynə və ya fısqırdılan dərman gərək ağız boşluğundan boğaza keçməsin.

Həmçinin, diş çəkiləndən sonra gələn qan da udulmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.