Cəmiyyət

Bakıda qeyri-adi evlilik təklifinin davamı... - FOTOlarda

22 İyul 2014 13:39
2 Şərh     Baxış: 2 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda ötən ay maraqlı evlilik təklifi olmuşdu. Milli.Az xəbər verir ki, iyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən "TED x" tədbirində məruzəçi kimi çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.

A.Əlizadə isə həmin vaxt R.Hacılının evlilik təklifini ictimai formada etməsi xanım olaraq xoşuna gəldiyini dilə gətirmişdi: "Təklif ictimai xarakter daşıdı, amma cavab ictimai xarakter daşımamalıdır. Cavab çox özəl olacaq. Bir neçə şərtim var, əgər onları qəbul edərsə, müsbət cavab gözlənilə bilər".

Dünən isə A.Əlizadə öz Facebook profilində Fəvvarələr Meydanında qızı ilə Ramin Hacılının gəzinti fotolarını yerləşdirib. Bu fotolar cütlüyün nikahının yaxın zamanda gözlənilən olmasının carçısı da hesab etmək olar.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.