Cəmiyyət

Bakıda sürücü hərəkətsizliyinə görə 2 illik cəza aldı

22 İyul 2014 10:22
1 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Həmçinin o, 700 manat cərimə edilib

Bakıda sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçıran sürücü ilə bağlı məhkəmə işi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Murad Mikayılovun 2 il müddətində nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılıb. Həmçinin o, 700 manat cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.