Cəmiyyət

Müştərilərinə xoş vədlər verən tikinti şirkətinin üzərini qara buludlar aldı

22 İyul 2014 01:30
6 Şərh     Baxış: 4 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron rayonu "At yalı" massivi ərazisində yeni salınan, gələcəkdə "Sevil massivi" adlanacaq bir layihənin üzərini qara buludlar alıb

"Sevil" MMC tərəfindən inşa olunan binadan mənzil alan İlahə adlı oxucununMilli.Az-a yazdığı məktubda deyilir ki, həmin massivdən ev alıb, lakin mənzilin pulunu ödəyə bilmir:

"Zəhmət olmasa, maraqlana bilərsiniz ki, Sevil massivində nələr baş verib? Oradan ev almışıq və ora blomb vurulub. Heç bir menecer zənglərə cavab vermir".

Oxucu məktubunda deyilir ki, iki ay əvvəl həmin şirkətdən mənzili alıblar, amma ödəniş edə bilmirlər: "İki ay hər ay 502 manat pul ödəmişəm. Dünən üçüncü ayın pulunu ödəmək üçün getdik, qapıya möhür vurulub. Ofis işləmir, tikinti işlərinə də icazə verilmir. Öz menecerimizlə əlaqə saxladıq, o da zənglərə cavab vermir. Orada bəzi həyət evləri alanlar bildirir ki, korrupsiyadan yoxlama gəlib. Bəziləri deyir ki, Vergilər Nazirliyi tərəfindən yoxlama var, bu həftə açılacaq. Heç kəsdən məlumat ala bilmirik. Belə çıxır ki, pulumuz batdı və evsiz qaldıq?"

Şirkətin satış meneceri Hafiz Səmədov Milli.Az-a açıqlamasında bildirdi ki, vergi mütəttişləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları araşdırma aparırlar. Onun sözlərinə görə, bir ərazinin bir neçə müştəriyə satılması halları var, bu məsələ araşdırılır:

"Bir həftəyə problem aradan qaldırılacaq. Müştərilər ödənişlərini ödəmək üçün gözləsinlər. Onar üçün heç bir problem yaradılmayacaq. Şirkət hər şeyi nəzərə alaraq onları cərimə etməyəcək".

Məsələ ilə bağlı Vergilər Nazirlyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.