Cəmiyyət

İftar vaxtı çatanda əvvəlcə namaz qılmalı, yoxsa..?

17 İyul 2014 20:56
1 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, ümumiyyətlə, gündəlik namazları vaxtın əvvəlində, yəni namaz vaxtı daxil olandan dərhal sonra qılmaq çox savabdır. Məsumlarımızın hədislərində və alimlərin tövsiyələrində bu çox təkid olunub.

Məğrib namazını da həmçinin, vaxtın əvvəlində qılmaq müstəhəbdir. Üstəlik, bunu da nəzərə alaq ki, yemək insanda tənbəllik və ağırlıq yaradır, tox qarınla ibadət etmək çətinləşir. Amma əgər oruc tutan adamın namaz qılacaq qədər taqəti yoxdursa, yaxud onu süfrə arxasında gözləyən varsa, yaxşı olar ki, əvvəl iftar etsin, sonra namazını qılsın.

Məğrib vaxtı daxil olanda yüngülvari iftar açmaq (məsələn, su ya çay içmək), namaz qılmaq və sonra tam iftar etmək də olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.