Cəmiyyət

Tanınmış azərbaycanlı jurnalistə ağır faciə üz verdi - YENİLƏNİB - FOTO

17 İyul 2014 16:33
78 Şərh     Baxış: 27 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalistə faciə üz verib


10:30

Ayaz Nizamioğlu
nun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb.

Yaxınları uşağı dərhal Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər. Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Milli.Az

----------
16:33

Böyütmək üçün şəkillərə klikləyin.






Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.