Cəmiyyət

Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlara 2 il həbs cəzası verilə bilər

5 İyul 2014 13:29
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda vətəndaşlıqdan çıxma və vətəndaşlığı qəbul etmə ilə bağlı qanunvericilikdə tətbiq olunan yeniliklərlə əlaqədar Cinayət Məcəlləsinə əlavələr ediləcək

Milli Məclisdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinə ediləcək əlavələr bu yaxınlarda "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərlə bağlıdır.

Qanunun 10-cu maddəsinə edilmiş "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməsə, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq" əlavəsi ilə əlaqədar Cinayət Məcəlləsinə yeni maddə əlavə olunacaq. Buna əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətinə qeyd olunan məlumatı ölkəsinə verməsə, onu müvafiq cərimələr və 2 ilə qədər həbs cəzası gözləyəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna vətəndaşlıqdan çıxma və əcnəbilərin vətəndaşlığı qəbul etməsi ilə bağlı daha bir sıra ciddi dəyişikliklər edilib. Cinayət Məcəlləsinə ediləcək əlavə payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.