Bakı və Abşeron çimərliklərində reydlər aparılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birgə Bakı şəhəri və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.Bəzi çimərliklərdə neqativ hallar və qanun pozuntuları aşkarlanıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əhalinin sağlamlığı üçün ciddi təhlükələr törədən, yoluxucu xəstəliklərin baş verməsi və yayılması, ətraf mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması və yerləşdirilməsi hallarının aşkar edilməsi, eləcə də qarşısının alınması məqsədilə çimərliklərdə yoxlamalar aparılıb. Reydlər zamanı çimərliklərdə istirahət edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti şəxslər cərimə olunublar.
Bundan əlavə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən çimərliklərdə çirkab suların axıdılması, daşınması ilə bağlı aktlar, protokollar tərtib edilərək müvafiq tədbirlər görülüb. Reydlər zamanı Qaradağ rayonu ərazisindəki çimərliklərdə də bu kimi neqativ hallar və qanun pozuntuları aşkarlanıb. Məişət tullantılarının əraziyə atılması və antisanitariya şəraitinin yaradılması halları müəyyən edilərək obyekt sahibləri, həmçinin aidiyyəti şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb.
Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya Nazirliyi ilə birgə təşkil etdiyi reydlər və müvafiq tədbirlər davam etdirilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





