Cəmiyyət

Bakıda 5 gənc "Mercedes"in qabağına çıxdı - VİDEO

5 İyul 2014 10:51
2 Şərh     Baxış: 3 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məxsusi olaraq paytaxt Bakıda piyada keçidindən istifadə etməyənlərin statistikasına nəzər salsaq, onların sayı əhalinin yarıdan çoxunu təşkil edər

Təkcə ötən il Bakıda piyada keçidlərindən istifadə etməyən 120 min piyadaya inzibati protokol tərtib olunub. Bu, hələ üzdə olanlardır. Hər gün minlərlə insanın da təyin olunmayan yerdən keçdiyini, lakin bunu heç kimin görmədiyini nəzərə alsaq, vəziyyət heç də ürəkaçan olmaz.

Bəziləri elə düşünürlər ki, 20 manat cərimə ödəməklə və ya polis onu saxlayarkən qaçıb canını qurtarmaqla hər şey bitir.

Milli.Az-ın xəbərinə görə, avtosfer.az-ın təqdimatında bu videoya baxdıqdan sonra yəqin, anlaşılar ki, həmin polislər piyada keçidlərinin yanında dayanıb əhalidən keçiddən keçməyi tələb edərkən burada məqsəd nədir. Hər halda, o polisləri daha vacib işlərə cəlb etmək olar, heç onlara da xoş deyil qışın soyuğunda, yayın istisində keçidlərin yanında dayanıb insanlara keçid mədəniyyəti öyrətsinlər.

DİN-in "Təhlükəsiz şəhər" kameraları vasitəsilə Neftçilər prospektində qeydə alınan bu videonu diqqətlə izləyək və bu gənclərin yolu necə təhlükəli keçdiyinə nəzər salıb bir anlıq özümüzün də nə vaxtsa bu cür təhlükə ilə üzləşdiyimizi xatırlayaq. Yəqin, çoxları bu vəziyyəti hər gün yaşayırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.