Balqonnan aşağı kəndə baxeram
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Ay Ürfan, nağarırsan, bala?
- İşdəyəm.
- İşdə qadan alım. Mən də öydə balqonnan aşağı kəndə baxeram.
- Məsmə nənə, sənnən söhbət edəndə həmişə mən stress keçirirəm. Cavan da deyilsən ki, səy-səy danışma, deyim. "Balkondan aşağı kəndə baxıram" nə deməkdir? Sənin evin şəhərin ortasında deyil?
- Yox, qadan alım, evin yeri şəhərin ortasında olsa da, evin özü kəndin ortasındadır.
- Heç öz cümləndən özün bir şey başa düşdün?
- Dayan dana, qandırajam səni indi. Bilersənmi, ay Ürfan, 4-cü mərtəbədə mənim bir qonşum var, mənnən 2 qarış aşağıda...
- Sən Allah qısa elə...
- Aman ver dana qısaldım. Binamızın həyətini, bloqun qavağını o qonşu eliyif əməlli-başlı kənd. İndi qandınmı?
- Yox, yenə qanmadım. Binanın qabağında necə kənd ola bilər axı?
- Di eliyif dana, inanmırsan, gəl, bax. Yox, əmbə gəlmə, orujsan, günahdı.
- Kəndə baxmaq günahdır məgər?
- Ayə, o kənd dediyin yerdə 24 saat yeyif-işməkdi dana. Həmin o qonşugil səhərdən axşamadək padnosdar əllərində həyətə yiməy daşıyıllar, yiyif-içif qalxırlar öyə. Orujdux başdıyıf, yenə peşələrinnən əl çəkmillər dana.
- Evlərində yemək yeməyə stol yoxdur? Biabırçılıqdır ki, küçənin ortasında niyə yeyirlər?
- Di mən də ona görə bizim evin aşağısı kənddir deyirəm dana. Kənddə hamı öz həyətində stol qoyur, Allah verənnən həyətdə-bajada bişirif-düşürüf yeyir. Bunnar da öylərindəki stolu qoyuflar bloqun qavağına. Lift də 4-cü mərtəbədə dayanmır axı. İnan ki, yazıxlar zulumnan o 4 mərtəbəni piyada padnos daşıyıllar aşağı-yuxarı. Aşağı dolu qavlar, yuxarı boş. Mən də yuxarıdan baxıram bütün günü. İnan mənim kimi, burda hamı bilir onnarın gündəlik yidiyini-işdiyini.
- Vallah, deyəsən, sənin o qonşuların səydirlər ey.
- Bayaxdan mana "səysən" deyirsən, indi gördünmü dünyada nətəər səylər var? Demillər ki, orujduxdu, günahdı camaata küçənin ortasında yiməy-işməy göstərmiyək. Heç olmasa, 12 ayın bircə ayını küçədən yığışax öyümüzə. Kişi bütün günü həyətdə zivil yandırır.
- Təmizlik işinə baxır?
- Ayə, yox, şakəridi dana, yerdə iki zibil tapan kimi cütləşdirif odduyur, tapmıyanda da gedif o biri məhəllələrdən zibil tapıf gətirir. Hərdən görürəm çox əlləşir, yan-yörədə tapammır, xəlvət balkondan-kağız-kuğuz tulluyuram. Yazıxdı dana, günün altında eşələnif uzaxda zivil axtarmasın, inan, bir sevinir yerə zivil düşəndə. Elə bil uşax iqruşka görür, tez yüyürüf götürür. Əmbə yaydı deyə, qırılırıx öydə, qadan alım. Pəncərədən hava gəlmir ha öyə, tüstü gəlir. Bütün günü od qalayır, Allah eləməmiş, ölüf-eləsəm, cəhənnəmə düşsəm, canımı deyəmmərəm, gözüm-burnum öyrəşmiş olajax. Bütün günü göz tonqal, tüstü, od-alova baxır, burun cəhənnəm iyinə öyrəşib çünki.
- Əməlli-başlı zibilə düşmüsən ki, ay Məsmə nənə.
- Ayə, hələ bu harasıdı? Hələ mən bloqun qavağında iki günnən bir yuyuluf təmizlənən qoyun içalatını, qarnını demirəm, yandırılan baş-əyağı demirəm, yolunan töyoğu demirəm. Hərdən öydən bradukdu daşıyıf, həyətdə ojaq qalıyıf xörək də bişirillər.
- Yaxşıdır da, başın qarışır, bütün günü baxmağa serialın var.
- Hə qadan alım. Arada gəl, sən də bax, əmbə iftardan sonra. Həyətdə musiqi qoyuf oynuyullar, qışqırışıllar, 3 otax öyləri, iki yekə balqonnarı var. Əmbə öyləri həmişə istirahətdədi. Bircə yatandan-yatana öyə girillər. Yay-qış küçədə qalıflar.
- Bəlkə, onlar köçəri tayfadırlar?
- Ayə, köçəri bir yeri yağır eləməz, hər yerdə çadır qura-qura gəzər. Çadır demişkən, heç ağılları yoxdu bunnarın, ay Ürfan. Onsuz da ömrü boyu küçədədilər. Elə həyətdə çadır quruf yaşasınnar, öylərini də versinnər qvartirant dana. 3 otaxlı öy bilersənmi ayda nə qədəm pul gətirər, onsuz da o öy onnarın üzdərinə həsrət qalıf dana... Buy, dayan görüm, ay Ürfan, ağlıma bir şey gəldi, soram sana yazajam...
... Ağız, ay gəlin, tez gəl, internatda qvartirant elanı verək. Nətəər yanı, nə elan? Ta öyümüzü qvartirant verəjik, çadır quruf həyətdə yaşıyajıx. Qonşu qonşuya baxar, canını oda yaxar. Gəl balqonnan bax aşağı, öyrən küçədə yaşayış qurmağı. Onnardan əysiyikmi? Ağız, heş kənddərdə belə şərait yoxdu, ta binada yox, küçədə onnarnan qonşu olajıx, bloqun qavağında yaşıyajıx, əmbə onnar kimi ağılsız olmuyajıx, öyümüzü boş qoymuyajıx, qvartirant qoyuf pul qazanajıx, di qandınmı, ay Ürfana çəkmiş, ağzımnan vuruf, üstümə bəddəsən səni itəliyif tulluyajam balqonnan aşağı, o kişinin zivil tonqalına, di gəl çıx dana!..
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





