Ey Rəbbimin məni tənbeh etməsinə səbəb olan qardaşım...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hz. Ənəsin söylədiyinə görə, bir dəfə Hz. Cəbrayıl (ə.s.) Rəsulullahın (s.ə.s.) yanına gələndə Abdullah ibn Ümmü Məktum də oradaydı və Cəbrayıl ondan: "Gözlərini nə zaman itirdin?" - deyə soruşdu. Abdullah da: "Uşaq ikən", - deyincə Hz. Cəbrayıl belə buyurdu: "Allah-Təala buyurur: "Mən qulumun gözlərini aldığım zaman ona Cənnəti mükafat olaraq verərəm". Bu ilahi həqiqət sayəsində Ümmü Məktum öz halından hər zaman məmnun olmuş, dünyanı könlünün gözü ilə görüb tanımış, müsəlmanların sevgisini qazanmışdır. Cihada qatılmaq istədiyini bildirmiş, amma: "Ey Allahın Rəsulu, gözüm görmədiyi üçün kimə qılınc çəkəcəyimi bilmirəm ki", - deyərək işi zarafata salırmış. O, fürsət tapan kimi özünü Rəsulullaha yetirir: "Ey Rəsul, Allahın Sənə öyrətdiyindən Sən də mənə öyrət",- deyib elmini artırmağa çalışırdı. Rəsulullah da onun İslama olan bu sevgisini məmnunluqla qarşılayır, onunla uzun-uzun söhbət edib dinimizin incəliklərini anladırdı.
Bir dəfə Abdullah ibn Ümmü Məktum yenə gəlir və: "Ey Rəsul, Allahın Sənə öyrətdiyindən Sən də mənə öyrət", - deyir. Bu əsnada isə Rəsulullah Məkkənin bəzi zənginləri ilə görüşüb onların könlünü İslama isindirmək məqsədilə söhbətə girişmişdi. Abdullah bir neçə dəfə eyni sözü təkrarlasa da, Rəsulullah əlinə düşmüş bu fürsəti sonuna qədər dəyərləndirməyə, sevimli səhabəsinə bir qədər sonra zaman ayırmağa qərar vermişdi. Təbii ki, sevimli Peyğəmbərindən əvvəllər görmədiyi davranışı görən Abdullah bir qədər pərt oldu. Rəsulullahsa sözünün kəsilməsini istəmədiyi üçün təbliğ vəzifəsinə davam edirdi. Amma sözünü qurtarar-qurtarmaz Allah-Təaladan ayətlər gəldi: "(Peyğəmbər) qaş-qabağın töküb üzünü çevirdi. Yanına korun gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də, o (Səndən İslama dair soruşub öyrəndikləri ilə) təmizlənəcəkdir. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir. (Var-dövlətinə güvənib Sənin nəsihətinə qulaq asmağa) hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). Onun (küfrdən) təmizlənməsindən Sənə nə? Yüyürə-yüyürə Sənin yanına gələn və Allahdan qorxan kimsəyə gəldikdə isə, Sən ondan üz çevirirsən!" (Əbəsə surəsi 1-10)
Bu hadisədən sonra Rəsulullah (s.ə.s.) Abdullaha hər zaman böyük hörmət göstərmiş, onu gördüyü anda belə çağırarmış:
"Ey Rəbbimin məni tənbeh etməsinə səbəb olan qardaşım, sənə Salam olsun!"
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





