Cəmiyyət

Peyğəmbərin (s) həyat yoldaşlarının sayı niyə 4-dən çox idi?

5 İyul 2014 19:47
0 Şərh     Baxış: 2 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Quranda müsəlmanın 4-ə qədər qadınla evli olmasına icazə verilsə də, Peyğəmbərin (s) həyat yoldaşlarının sayı bundan çox idi. Niyə?

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) bütün İslam hökmlərini tam ciddiyyətlə həyata tətbiq edirdi. Amma uca peyğəmbərlik məqamına görə Allah tərəfindən Ona bəzi özəlliklər verilmişdi. Məsələn, o həzrətə gecə namazı qılmaq fərz idi, həmçinin, başqa müsəlmanlara qoyulan 4 qadınla evlənmək həddi o həzrətə şamil deyildi. Peyğəmbərin çox qadınla evlənməsi nəuzubillah, Onun üçün əxlaqi nöqsan deyildi.

O həzrətin Həzrət Xədicədən başqa bütün izdivacları ya siyasi, ya da sosial-mənəvi səbəblərə əsaslanırdı. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbər eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.