Qarışqanın təvəkkülü və qənaəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təvəkkül ərəb dilindən tərcümədə "vəkil bilmək, vəkil kimi qəbul etmək" mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Qurani-Kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir" (Təlaq, 3). "Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!" (Şüəra, 217).
Milli.Az islam.az-a istinadən bildirir ki, islam müqəddəsləri də öz hədislərində təvəkkülün üstünlüklərini ətraflı şəkildə bəyan etmişlər. Məsələn, İmam Əli (ə) buyurub: "Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir". Ehtiyacsız insan isə ən güclü insandır. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin.
Amma İslam müqəddəsləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman tədbirlə, qənaətlə davranmağı məsləhət görmüşlər. Vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: "Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!" İkinci raşidi xəlifəsi Ömər ibn Xəttab ruzi qazanmaq üçün zəhmət çəkməyən, camaatın ianəsi hesabına dolanan insanlarla rastlaşanda onlardan soruşmuşdu: "Siz kimsiniz?" Onlar cavab verdilər: "Biz təvəkkül əhliyik". Ömər ibn Xəttab dedi: "Siz təvəkkül yox, təəkkül (yemək) əhlisiniz, yalançısınız. Əsl təvəkkül əhli odur ki, əvvəlcə yerə toxum səpər, sonra (bol məhsul yığmaq üçün) Allaha təvəkkül edər".
Allaha təvəkkül etmək insanlararası münasibətlərə xələl gətirməməlidir. Allah insanların ruzisini bir-birinin vasitəsilə yetirir. "Mən Allaha təvəkkül edirəm" deyə,dünyəvi münasibətlərə arxa çevirmək, ruzi axtarışından imtina etmək müsəlmana yaraşmaz. Bununla yanaşı, hətta təvəkkül edərkən belə, qənaəti unutmamaq lazımdır.
Peyğəmbərlər tarixindən məlumdur ki, Həzrət Süleyman Peyğəmbər (ə) heyvanların və quşların dilini bilir, onlara hökm edirmiş. O həzrətin qarışqa və şanapipiklə Quranda xatırlanan söhbəti də deyilənlərə sübutdur. Dini mənbələrimizdə Həzrət Süleymanın (ə) küləklə, bəzi heyvan, quş və həşəratlarla söhbətlərini əks etdirən xeyli rəvayət vardır. Bunların içində qarışqa ilə bağlı mövzular xüsusi yer tutur. Bildiyimiz kimi, qarışqa zəhmətkeşliyin rəmzi sayılır. Durmadan çalışan, gündəlik fəaliyyətində insanların qibtə edəcəyi səviyyədə ciddi nizam-intizama riayət edən, özündən on dəfələrlə ağır yükü qaldırıb inadkarlıqla istədiyi nöqtəyə daşımaqda davam edən qarışqa bir çox ibrətli alleqorik məsəllərin "qəhrəmanına" çevrilib. Belə məsəllərin birində deyilir:
Həzrət Süleyman Peyğəmbər (ə) bir gün qarışqadan soruşur ki, sənin bir aylıq yeməyin nə qədərdir? Qarışqa cavab verir: "Bir ay ərzində bir dənə iri buğda dənəsindən çox yemirəm". Süleyman (ə) qarışqanın bu qədər qənaətlə davrandığına inanmır, sözünün doğruluğunu yoxlamaq qərarına gəlir. Qarışqanı bir şüşə qabın içinə buraxır, yanına da iri bir buğda dənəsi qoyur. Hava üçün yer qoymaq şərti ilə qabın ağzını bağlayır.
Üstündən düz bir ay ötüb-keçir. Həzrət Süleyman (ə) şüşə qabı götürüb içinə baxanda heyrətə düşür. Qarışqa bir ay ərzində hətta bir buğdadan da az yemişdi. Buğda dənəsinin yarısı qabın içində qalmışdı. Süleyman (ə), Ona verilən qüdrətlə qarışqadan soruşur: "Demişdin ki, bir ay ərzində bir buğda dənəsi yeyirsən. Bəs niyə buğda dənəsinin hamısını yeməyib, yarısını saxladın?" Qarışqa cavab verir: "Ey Allahın Peyğəmbəri! Mən azadlıqda olduğum zaman Allahıma təvəkkül edir və Onun yetirdiyi ruzini yeyirdim. İnanırdım ki, O məni unutmaz və ruzisiz qoymaz. İnanırdım ki, O, mütləq hər ay mənə bir buğda dənəsi yetirəcək. Amma bu bir ayda mənim ruzimi Sən öz öhdənə aldın. Mən Allahıma təvəkküllə yanaşı, Sənin hafizənə və ədalətinə də güvənməli oldum. Düşündüm ki, məni unudar və bir aydan sonra şüşənin qapağını açmazsan. Ona görə də özümü çətinliyə salıb, qənaət etməyə qərar verdim".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





