Cəmiyyət

Azərbaycanın Milli Atlasının kütləvi nəşrinə başlanacaq

21 Aprel 2014 14:21
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq Azərbaycanın Milli Atlasının nümunə nüsxəsi hazırlanır

Bunu Trend-ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, AMEA-nın həqiqi üzvü Qərib Məmmədov bildirib.

Milli Atlasın yaradılması üzrə məsul katib olan Qərib Məmmədovun sözlərinə görə, artıq Milli Atlas hazırlanıb və yaxın zamanlarda işıq üzü görəcək: "Azərbaycanın Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirəcək. Bu atlasın hazırlanması və nəşr işləri ilə bağlı xəritələrin tərtibi işləri yekunlaşdırılıb. Artıq atlasın nümunə nüsxəsi hazırlanır. Ona baxılandan sonra atlasın kütləvi nəşrinə başlanacaq".

Komitə sədri qeyd edib ki, yeni atlas həm Azərbaycan, həm də xarici dillərdə olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 aprel 2011-ci ildə "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında Sərəncam imzalayıb.

Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycandakı coğrafi adların xarici ölkələrdə nəşr olunan xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün də müvafiq işlər görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.