Cəmiyyət

Azərbaycanda oğlanla qızın sevgisi aləmi bir-birinə qatdı

2 Avqust 2013 21:45
6 Şərh     Baxış: 15 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdaş rayonunda oğlanla yeniyetmə qızın sevgisi rayonu əməlli-başlı qarışdırıb.

Milli.Az-ın məlumatına görə, Kəlbəcər rayonundan məcburi köçkün kimi rayonun Qolgəti kəndində məskunlaşan 16 yaşlı Təhminənin qaçırılması Ağdaş polisini də bir-birinə vurub. Hadisənin əsl mahiyyəti barədə bir qədər sonra, ilk olaraq polisə daxil olmuş məlumatı oxucuların diqqətinə çatdıraq.

Ağdaş Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, Kəlbəcər sakini olan bir kişi Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək qızının oğurlandığını və bu səbəbdən də nəsillər arasında qan düşdüyünü deyib. Kişi hətta ölüm hadisəsinin olduğunu da bildirib. Həmin kəndə dərhal polis əməkdaşları gediblər.

Hadisə yerində məlum olub ki, Təhminə adlı qız sevdiyi oğlan tərəfindən qaçırılıb. Onlar ikilikdə razılığa gələrək qaçıblar. Bunun üstündə qız tərəfi ilə oğlanın adamları arasında dava düşüb. Nazirliyə zəng edən kişi isə Təhminənin atası olub. Heç bir ölüm olmadığı, qaynar xəttə edilən zəngin yalan olduğu üzə çıxıb. Tərəflər sakitləşdirilib. Hazırda polis tərəfindən araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.