Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutu açılır
2 Avqust 2013 17:08
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu tədris ili üçün bakalavr pilləsinə TQDK-nın I qrupu üzrə imtahan verən abituriyentlər Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən təklif edilən yeni ixtisaslar - "Kompüter elmləri" və "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi"ndən yararlana biləcəklər.
Akademiyadan Trend-ə verilən məlumata görə, əlavə edilən yeni ixtisaslar ADA-nın akademik proqramlarının genişləndirilməsi prosesinin bir hissəsidir.
Akademiyanın strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynovun sözlərinə görə, cəmi yeddi il əvvəl yaradılan ali təhsl ocağı Xarici İşlər Nazirliyinin əməkdaşları üçün qısamüddətli təlim proqramları keçirən mərkəzdən altı bakalavr və üç magistr dərəcəsi üzrə təhsil verən çoxprofilli universitetə çevrilib.
Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunun (MİTİ) yaradılması prosesində ADA dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq edəcək. Koreya Elm və Texnologiya Araşdırmaları İnstitutu (Korean Advanced Institute of Science and Technology - KAIST) belə tərəfdaşlardan biridir. İki ali məktəb arasında əldə edilən ilkin razılaşmaya görə, KAIST yeni İnstitutun kafedraları, o cümlədən kompüter, mexaniki, elektrik, mülki mühəndislik, informasiya texnologiyaları sistemləri kafedralarının planlaşdırılması, tədris proqramlarının işlənilməsi, tanınmış xarici mütəxəssislərin dekan və professor heyəti kimi cəlb edilməsi istiqamətində ADA ilə birgə iş aparacaq. KAIST, həmçinin dərsliklərin müəyyən edilməsi, laboratoriyalar və avadanlığın qurulması, İT sahəsində yerli, regional və qlobal məşğulluq bazarının hazırkı və gələcək meyillərinin öyrənilməsi üzrə Akademiyaya ilə əməkdaşlıq edəcək.
ADA-nın prorektoru E.Hüseynovun bildirdiyinə görə, MİTİ-nin formalaşdırılmasına KAIST kimi tərəfdaşların cəlb edilməsi ADA-nın akademik sahələrini genişləndirməklə yanaşı, Azərbaycanda bu sahə üzrə mükəmməl və dünyanın aparıcı məktəbləri ilə ayaqlaşa biləcək İnstitutun yaradılmasına imkan verəcək.
2013-2014-cü tədris ilində bakalavrlar ADA-da kompüter və İT ixtisasları ilə yanaşı, II və III qruplar üzrə "Beynəlxalq münasibətlər", "Biznesin idarə edilməsi", "İqtisadiyyat, dövlət və ictimai münasibətlər" ixtisasları arasında da seçim edə bilərlər. Yayın əvvəlində isə ADA magistr pilləsinə qəbulu uğurla başa çatdıraraq "Diplomatiya və beynəlxalq münasibətlər", "Dövlət və ictimai siyasət", "Executive MBA" ixtisasları üzrə 100-ə yaxın tələbə yığıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır