Cəmiyyət

Azərbaycanda kanalizasiya quyusuna düşən 3 nəfərdən biri öldü

2 Avqust 2013 17:12
0 Şərh     Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naftalan şəhərində, "Çinar" sanatoriyasının ərazisində 3 nəfər kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər Neftalan Su-kanal idarəsinin əməkdaşlarıdır.

1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.