Cəmiyyət

TQDK IV ixtisas qrupu üzrə hərbi ixtisasların keçid ballarını açıqladı

2 Avqust 2013 15:50
0 Şərh     Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupu üzrə Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) keçirilən qəbul imtahanı nəticəsində müəyyənləşən keçid ballarını açıqlayıb.

TQDK-dan APA-ya verilən xəbərə görə, hərbi həkim olmaq istəyənlər 350 balla Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul olublar. Bu ixtisasa seçimdə yalnız oğlanlar iştirak edib və onlar imtahandan öncə müəyyən edilən tələbləri ödəməli olublar.

Bundan əlavə, IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlər minimal 150 balla orta ixtisas tibb məktəbinə, 200 balla Naxçıvanski adına Hərbi Liseyə, o cümlədən 200 balla Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.