Cəmiyyət

Azərbaycanda abituriyentlərin nəticələri ötən ilə nisbətən pisləşib

2 Avqust 2013 14:20
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda bu il qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələr keçən illə müqayisədə 1-2 faiz aşağıdır

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirilən mətbuat konfransında bildirib.

M.Abbaszadə deyib ki, abituriyentlərin qruplar üzrə bilik səviyyəsinin qiymətləndirilməsi ilə bağlı yekun nəticələr imtahanlar bitəndən sonra açıqlanacaq: "Hazırda biz ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik".

TQDK sədri eyni zamanda balların aşağı salınmasının Ukrayna və Gürcüstan universitetlərinə abituriyent axınının qarşısının alınması ilə əlaqələndirilməsinə aydınlıq gətirib. O vurğulayıb ki, təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox: "Bizim üçün təhsil almaq marağı əsasdır. Elə ölkələr var ki, gənclərdə təhsil almaq marağı yoxdur. Balların aşağı salınmasının səbəblərindən biri də gənclərimizin təhsil ətrafındakı işgüzar adamların təsirinə düşmələrini istəməməyimizdir".

M.Abbaszadə, həmçinin regionlarda keçirilən qəbul imtahanlarının təşkilatçılığından da danışıb. O qeyd edib ki, imtahanlar zamanı təşkilati nöqteyi-nəzərdən hər hansı çətinlik olmayıb.

M.Abbaszadə deyib ki, regionlarda imtahan proseslərinə cəlb olunanlar region müəllimləri olub: "Biz qorxurduq ki, bu müəllimlər yerlipərəstlik edərək köçürmə hallarına yol verəcəklər. Ancaq belə narahatedici məqamlar olmadı. Regionlarla Bakı üzrə köçürmə nəticəsi eyni oldu. Biz keçid balından yuxarı olanların köçürüb-köçürmədiyini araşdırırıq".

TQDK sədri imtahanlar zamanı qaydaları pozanlara bu il ikinci dəfə şans verilməyəcəyini vurğulayıb: "İmtahanda qaydaları pozanlara niyə ikinci şans verilməlidir? Belə şans verilməyəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.