Cəmiyyət

Bakıda yağış yağacaq

2 Avqust 2013 12:59
0 Şərh     Baxış: 3 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sabah Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında avqustun 3-də temperatur gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.