Cəmiyyət

Gəncədə 200 km artıq qaz xətti polietilen borularla əvəzlənib

11 İyun 2013 19:23
Baxış: 334
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin qaz təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Məqsəd əhali və qeyri-əhali qrupunu mavi yanacaqla fasiləsiz və təhlükəsiz şəkildə təmin etməkdir. Bu məqsədlə şəhərin orta və aşağı təzyiqli köhnəlmiş dəmir qaz xətləri yeni polietilen borularla əvəz olunur.

Bu günə kimi Gəncədə 200 kilometrdən artıq metal qaz xətlərinin polietilen borularla əvəz olunaraq yeraltına salınması təmin edilib. Demək olar ki, şəhərin əksər küçə və prospektlərində, eləcə də yaşayış massivlərində yeni xətlərin çəkilməsi yekunlaşdırılıb. Bu barədə məlumat verən Gəncə Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibov bildirib ki, hazırda işlər sənaye obyektləri üçün nəzərdə tutulan qaz xətlərində aparılır. Belə ki, Gəncə Qaz Paylayıcı stansiyasından çıxan xətlər iki hissəyə ayrılır. Xətlərin biri şəhərin qərb, digəri isə şərq hissəsindən keçəcək.

Şubay Nəsibov: "Hazırda sənaye xətti çəkilir ki, bu da əhali və sənaye qruplarının eyni xətdən qidalanmasının qarşısını alacaq. Bu da hər iki strukturun normal qazla təminatına hesablanıb".

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Üzeyir Hacıbəyov küçəsinin Şah İsmayıl Xətai prospekti ilə kəsişməsində 200 milli metrlik sənaye qaz xəttinin yeraltına salınması prosesi ilə əlaqədar yollarda bir neçə saatlıq tıxac yaranıb.

Qeyd edək ki, Gəncənin ən böyük prospektlərindən biri sayılan, eləcə də avtomobillərin intensiv hərəkət etdiyi Xətai prospektində qaz xəttinin çəkilişi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə bir neçə saatlıq məhdudiyyətlər qoyulub.

Bütün bunlarla paralel olaraq şəhərin müxtəlif ərazilərində sayğacların quraşdırılması prosesi də aparılır. Xatırladaq ki, hazırda Gəncədə 72 min abonent mavi yanacaqla təmin olunub ki, onların 12500-ü mexaniki sayğacdan, yerdə qalan qrup isə smart tipli sayğaclardan istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.