Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsmayıllı: bölgənin adı necə yaranıb? - ARAŞDIRMA
9 Aprel 2013 14:09
0 Şərh
Baxış: 9 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern.az İsmayıllının toponimini araşdırıb.
Əksər tarixçilərin araşdırmalarına görə, İsmayıllı rayon olmamışdan əvvəl rayonun ərazisində İsmayıllı kəndi olub. Buranın yerli sakinlərinin əsas məskunlaşdıqları yer VII-VIII əsrlərə aid Həzrə qəbristanlığı yaxınlığındadır. Daha sonra oradan yavaş-yavaş indiki kənd ərazisinə köçüblər. Ehtimal olunur ki, həmin camaatın içərisində çox hörmətli ağsaqqal İsmayıl kişinin adını da sonradan bu kəndə veriblər.
Məlumdur ki, bir inzibati rayon kimi İsmayıllı rayonu 1931-ci ildə təşkil olunub və 1932-ci ildə inzibati mərkəzə çevrilib. Araşdırıcılar İsmayıllı sözünü "su meylli" söz birləşməsindən əmələ gəldiyini deyirlər. Bəzi tarixçilər isə rayonun adının "su meylli" sözü ifadəsi ilə yox, ismaili təriqətinin adı ilə bağlı olduğunu iddiasındadırlar. Çox maraqlıdır ki, Lahıc yolundakı, ziyarətgaha çevrilmiş bir məkanda yerləşən iri həcmli bir daşa xalq arasında "Əli daşı" deyirlər. Rəvayətə görə, dördüncü xəlifə həzrət Əli bu yerlərdən keçib və həmin daşın üzərində Həzrət Əlinin ayaq izləri qalıb. Xəlifə Əlinin bu yerlərdə olması inandırıcı görünməsə də, ismaili təriqətinin bağlı olduğu şəxs xəlifə Əlinin törəmələrindəndir. Xalq yaddaşında qalan bu həzrət Əlinin deyil, onun nəslindən olan şəxslərdən birinə məxsus olması daha böyükdür.
"İsmayıllı" sözünün ərəb mənşəli toponim olması fikrinin sübutuna kömək edəcək dəlillərdən biri də "Həzrə piri" ifadəsindəki "pir" sözüdür. Pir - icma başçılarına və rəhbərlərinə deyilir.
Həzrə pirində xaç formasında abidənın öz mahiyyəti etibarilə İslama qədərki xristianların tarixi yadigarı olduğuna şübhəmiz yoxdur. Yəni ərəblər burada məskunlaşarkən bu abidə, xristian qəbristanlığı mövcud olub. Güman etsək ki, İslamın erkən dövrlərində hələ dini fanatizm yaranmamışdı, onda düşünmək olar ki, heç də ərəblər bu xristian qəbristanlığına bizim düşündüyümüz pir kimi yanaşa bilməzdilər.
Deyilənlərə görə, Həzrəətrafı ərazilərdə olan yaşayış məntəqələri yer üzərindən silinib. Çox-çox sonralar haqqında söhbət gedən ərazilərdə yaşayan əhali tədricən bugünkü İsmayıllının ərazisində məskunlaşıblar və İsmayıllı adını da özləri ilə bərabər bu məkana daşıyıblar. Tarixçilərin fikrincə, əhalinin bu ərazidə məskunlaşması, yəni Həzrəətrafı ərazidən gələrək yaşamağa başlaması son 250-300 ilə aid ola bilər.
Tarixçi Famil Əhmədzadə də tarixçilərin irəli sürdüyü bu məqamları təsdiqləyir. Onun sözlərinə görə, İsmayıllı bir rayon kimi qədim yer olmadığından onun adının yaranması haqqında da az məlumat var: "Bir sıra tarixçilər deyirlər ki, İsmayıllı rayonunun adı "su axan" yer mənasını verir. Bu da rayon ətrafında çoxlu çayların olmasından irəli gəlib. Su meylli olduğundan İsmayıllı adlandırılıb. Əvvəllər İsmayıllı Şamaxı rayonunun (qəzasının) tərkibində olub. Ona görə də rayonun adı ilə bağlı az məlumat var. Belə bir versiya da səsləndirilir ki, rayonun adı vaxtilə onun ərazisində olan İsmayıllı kəndinin adından götürülüb. Çünki İsmayıllı kəndinin adı daha qədimdir.
Şair Musa Yaqub deyir ki, İsmayıllı rayonunu onun coğrafi mövqeyinə görə adlandırıblar: "Ümumiyyətlə, çox yerin adı onun coğrafi mövqeyinə görə verilir. Məsələn, Küpür, Keçəl təp, Alaxan, Göyçay. İsmayıllı rayonunu adı isə "su meylli" mənasını verir. Ərazi dağlar arasında yerləşdiyindən su yığılan yer kimi tanınır. Elə yaşlıların dilində də İsmayıllıdan çox "su meylli" ifadəsi işlənir. Şirvanda meyl sözü çox işlənir. Həm də rayonda yerdə hara vurursan, su çıxır". M. Yaqub onu da bildirdi ki, çoxları rayonun adının şah İsmayılın oraya gəlməsi ilə yarandığını deyirlər. "Amma belə bir şey yoxdur. Coğrafi baxımdan həmin ərazi aşağı olduğu üçün su meylli ərazi olub. Ona görə də rayonun adı "İsmayıllı" adlandırılıb".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Bu il Azərbaycanda 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur - Nazir
-
Bu şəxslərə qayğanaq yemək OLMAZ
XƏBƏR LENTİ
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək