"Bir çox ölkələrdə avtomobillərə texniki baxışı özəl şirkətlər həyata keçirir. Bu, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıya daha keyfiyyətli xidmət göstərilməsini təmin edir. Ümid edirik ki, bu vacib sahədə yaxın zamanlarda islahatlara start veriləcək. Bu sahədə islahatlar yüz minlərlə avtomobil sahibinin arzusudur". Bu fikirlər oktyabrın 15-də 20-dən çox Qeyri Hökumət Təşkilatı (QHT) rəhbərinin hökumətə edilən müraciətində yer alıb. Müraciətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemində islahatlar, ilk növbədə təzə avtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi təklif olunur.
QHT rəhbərləri "Kaspi"yə açıqlamasında həmin müraciəti səbəblərindən danışıblar. Bildiriblər ki, xüsusilə də, Bakı şəhərində bu sistemin mərkəzləşdirilmiş qaydada təşkili, texniki baxış müddətinin azlığı və avtomobillərin sayının ildən-ilə artması son nəticədə uzun növbələrin yaranmasına, idarəetmə sahəsindəki şəffaflığın azlığı, hesabatlılığın olmaması, mövcud proseduraların mürəkkəbliyi bütövlükdə bu işin təşkilində korrupsiya halların müşahidə olunması avtomobil sahiblərində xeyli narazılıq yaratmaqdadır. Ümumiyyətlə, demək olar ki, texniki baxış sistemi hələ ki, köhnə sovet sistemini xatırladır. Bu səbəblərdən burada ciddi islahatlara böyük ehtiyac duyulur".
Hazırda müraciətdə yer alan məsələlərlə bağlı hər hansı irəliləyiş olmasa da, bəzi yeniliklər var. Belə ki, Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləği artırılacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin 10 manatdan 20 manata qaldırılması təklif olunur. Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün nəzərdə tutulan rüsum isə 5 manatdan 10 manata qaldırılacaq. Bundan başqa, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün rüsum da 10 manatdan 20 manata qaldırılacaq.
Qanuna edilən dəyişiklikdə, həmçinin sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur. Sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur. Əlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib. Xatırladaq ki, qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd olunan dəyişikliklər özü ilə bərabər ortaya sual da çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışı üçün dövlət rüsumu niyə qaldırılır, burada məqsəd nədir?
Mövzu ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O, qeyd olunan dəyişiklikdən xəbərdar olduğunu desə də, bu barədə əlavə bir şey deyə bilməyəcəyini vurğuladı. Qeyd etdi ki, onlar icraedici orqandırlar, qanun nəyi təsdiq edərsə, onu da icra edəcəklər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə dedi ki, bu, bu, rəy verməli bir mövzu deyil: "Bu rüsumları artırmağı hökumət təklif edir. Burada geniş şərhə ehtiyac yoxdur. Burada ciddi müzakirə ediləsi bir məsələ yoxdur"
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə qeyd elədi ki, diqqətlə yanaşıldıqda qanuna elə də böyük dəyişiklik edilməyib. Yəni, qeyd olunan rüsum vətəndaşların ümumi büdcəsinə ciddi dərəcədə təsir göstərə biləcək bir məbləğ deyil: "Əslində bu tipli rüsumların qaldırılması və vaxtaşırı belə bir siyasətin həyata keçirilməsi, sadəcə, insanlarda bir qədər narazılıq yaradır. Ona görə ki, bəzən vətəndaşlar bununla bağlı məlumatsız olur. Deyək ki, hər il 10 manat ödəməyə öyrəşdikləri halda, artıq 20 manat ödəməli olacaqlar. Yəni sürücü avtomobilini texniki baxışdan keçirərkən, yaxud sürücülük vəsiqəsi alarkən öncədən məlumatsız olduğuna görə, onun cibindəki məbləğlə uyğunsuzluq yaranır. Bu isə vətəndaşın get-gəlinə səbəb olur. Əslinə baxanda isə burada elə də ciddi fərq yoxdur".
Bundan başqa, İlqar bəy əlavə etdi ki, rüsumun artırılması büdcə ilə bağlı olan bir məsələdir: "Bilirsiniz ki, istənilən sahədən yığılan rüsumlar dövlət büdcəsinə daxil olur. Nəticə etibarı ilə büdcə vəsaitinin cüzi də olsa artırılması baxımından bu addımı əhəmiyyətli hesab etmək olar. Bu məsələni büdcə vəsaitlərinin toplanması anlamında qəbul etmək lazımdır. Amma ümumi götürəndə, hesab edirəm ki, tez-tez bu tip rüsumların dəyişdirilməsi, yaxud artırılması vətəndaşlar arasında narazılıqlar yaradır. Bəzi ölkələrdə, Rusiya və Ukraynada avtomobillərin texniki baxışdan keçirilməsi bizdəki kimi hər il yox, iki ildən-bir həyata keçirilir. Yaxud birbaşa satış mərkəzlərindən alınmış yeni avtomobillərin texniki baxışı ilə bağlı müəyyən müddət nəzərdə tutulur. Deyək ki, o maşına 3 il müddətinə istismar müddəti qoyulub və həmin avtomobil üç ildən sonra texniki baxışdan keçirilir. Biz Amerikada avtomobillərin texniki baxışdan keçirilmə prosesini izləmişik. Düzdür, orada da nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçirilir, amma dövlətin bununla bağlı tətbiq etdiyi rüsum çox böyükdür. Bizim pulla desək, təxminən 120-130 manatdır. Amma nəzərə almalıyıq ki, Amerikada vətəndaşların ümumi gəliri Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Qonşu Rusiyada və MDB məkanında da istər avtomobillərin texniki baxışı, yaxud digər məsələlər bizlə müqayisədə çox ucuz başa gəlir".
Məlumat üçün deyək ki, hazırda nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat, mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə, fiziki şəxslər 30, vəzifəli şəxslər 40 manatdan 70 manatadək miqdarda cərimə edilirlər.
Kaspi.az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Avtomobillərin texniki baxış rüsumu niyə qaldırılır?
20 Dekabr 2012 19:23
Baxış: 1 678

DİGƏR XƏBƏRLƏR
-
Mətbuat bir fədaisini də itirdi - Arif Əbdüloğludan miras qalanlar
-
Magistraturada yerlər boş qalıb: maraq niyə azalıb? - Deputat səbəbləri AÇIQLADI
-
Gənclər magistratura təhsilindən imtina edirlər - SƏBƏBLƏR
-
Qənirə Ataşova arxiv şəkillərini paylaşdı - "Yollarım dəyişdi, amma..." - FOTOlar
-
"Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib"
-
Arif Əbdüloğlu vəfat etdi
XƏBƏR LENTİ
-
Nəsrin Cavadzadə bu məşhur azərbaycanlı alimin nəvəsidir - FOTO
-
Ən güclü intuisiyaya malik insanlar bu 3 ayda doğulur
-
Kamçatkada güclü zəlzələ oldu
-
Gürcüstanda ardıcıl iki zəlzələ oldu
-
UEFA Çempionlar Liqasında klubların mərhələ keçmək şansları: Siyahıda "Qarabağ" da var
-
İsrail Qəzzanın ətrafını nəzarətə götürməyə başlayıb
-
Elçin Qasımov kimdir? - Öz ölkəsinə səfir təyin olunan azərbaycanlı
-
Türkiyənin vergi rekordçusu odur
-
Xocalıda 2,8 milyon manatlıq işlərə başlanılır
-
Uşaqlarda məktəbə sevgi necə formalaşdırılır? – Mütəxəssislərdən tövsiyə
-
Azərbaycanda yaşayış evləri bahalaşıb – RƏSMİ
-
ABŞ nəşri Zəngəzur məsələsi barədə: Uduzan bu ölkə oldu
-
25 yaşlı Tamerlan 5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi - FOTO
-
Azərbaycanda kanal rəhbəri həbs edildi
-
Bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
Rəqsanənin vəkili Gündüzün ittihamlarına cavab verdi - YENİLƏNİB - VİDEO
-
"Qalatasaray"ın növbəti transferi
-
Bu ərazilərdə su olmayacaq
-
Rusiyada barıt zavodunda partlayış - 26 nəfər öldü
-
Azərbaycanda daha 256 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
-
Hövsanda 31 yaşlı kişi qətlə yetirildi
-
Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər
-
"Həmin hərəkətinə görə onu işdən çıxardım"
-
BMT-nin Məskunlaşma Proqramı vakansiya elən edib