TƏBİB-də yüksək vəzifəyə təyinat alanlar KİMLƏRDİR? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Muxtarzadə Ramil Səfər oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
Milli.Az xəbər verir ki, R.Muxtarzadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb və bu mərhələni də fərqlənmə ilə tamamlayıb. Bununla yanaşı, İsveçdə yerləşən Kral Texnologiya İnstitutunda biznesin inkişafı və davamlılığı sahəsində mini-MBA proqramını uğurla keçib.
1998-2008-ci illərdə "Nielsen Company"nin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Azercell Telecom"da biznes təhlili üzrə ekspert kimi, 2010-2013-cü illərdə "TeliaSonera" Avrasiya Analitik Komandasının və Beynəlxalq Mobil Qrupunun üzvü olub.
2014-2015-ci illərdə "Avirtel" şirkətinin kommersiya direktoru, 2016-cı ildə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 2017-2023-cü illərdə xaricdə özəl biznes sahəsində fəaliyyətini davam etdirərək, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən "XXI əsr Azərbaycan ziyalıları" ensiklopediyasında yer alıb.
Cəmilova Töhfə Ramiz qızı TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.
2023-cü ildə London Universitetinin "London School of Hygiene and Tropical Medicine" məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.
2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.
2017-2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik Respublikası, Tacikistan və Türkmənistanda səhiyyə və qidalanma sahəsində müxtəlif beynəlxalq proqramların rəhbəri vəzifəsində çalışıb.
2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası əhalinin sağlamlığının qorunmasında qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
2015-ci ildə "Səhiyyənin təşkili və ictimai səhiyyə" ixtisası üzrə Tibb işçilərinin sertifikasiyasından keçib. 2017-ci ildə nəşr olunmuş "Səhiyyənin idarəedilməsi" adlı dərs vəsaitinin həmmüəllifidir.
Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub.
Elmi fəaliyyəti çərçivəsində 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində dissertasiya mövzusu üzrə araşdırmalar aparıb.
2022-2023-cü illərdə isə dövlət proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində səhiyyə siyasəti və idarəetməsi ixtisası üzrə ikinci magistr təhsilini ən yüksək nəticə və fərqlənmə ilə tamamlayıb.
2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
2023-2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.
B.Rzayev 2021-ci ildə keçirilən "Yüksəliş" müsabiqəsinin finalçısı olub. O, həmçinin 2023 və 2024-cü illərdə Almaniyada yaşayan azərbaycanlı həkimlərin forumunda məruzəçi kimi çıxış edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisas artıq YOXDUR
-
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
-
Hamının sualı: Yerli məhsul, yoxsa xarici? - Həqiqət tam BAŞQADIR
-
Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ
-
TƏBİB-də yüksək vəzifəyə təyinat alanlar KİMLƏRDİR? - FOTO
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Hakan Çalhanoğlunun gündəm olan çempionluq RƏQSİ - VİDEO
-
Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisas artıq YOXDUR
-
Usta və qonaq qismində evlərdən oğurluq edən şəxslər saxlanıldılar
-
Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI
-
Azərbaycanda tanınmış alim VƏFAT ETDİ
-
Nepal-Hindistan sərhədində İDDİALAR böyüyür
-
"Qarabağ"ın keçmiş ulduzundan möhtəşəm QOL - VİDEO
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Ürəyi dayanıb həyata qaytarılan aktyordan PAYLAŞIM - FOTO
-
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
-
Hamının sualı: Yerli məhsul, yoxsa xarici? - Həqiqət tam BAŞQADIR
-
ABŞ-ın saxladığı gəminin heyəti İrana qaytarıldı
-
Vüsal Kamilliyə 16 il həbs cəzası verildi
-
Bəqaidən diqqətçəkən AÇIQLAMA
-
39 yaşlı Halk özünə yeni klub TAPDI
-
Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ
-
Axtarışda olan 366 nəfər ələ keçirildi
-
TƏBİB-də yüksək vəzifəyə təyinat alanlar KİMLƏRDİR? - FOTO
-
Dağıstanın yeni rəhbəri o OLDU
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
-
Yük maşınları toqquşdu: Ölən var
-
Aviaşirkətlər may ayı üçün 2 milyon yer azaldıb
-
Marketdə alıcıları çaşdıran qiymət oyunu - Etiketlərə diqqət
-
Əməkdar artsitin ifasına hönkür-hönkür AĞLADI - VİDEO





