Sayğaclarınız artıq bu üsulla yoxlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Naxçıvan Muxtar Respublikasının qaz təchizatında sayğacların quraşdırılması və dəyişdirilməsi, dövri yoxlamalar, göstəricilərin oxunması, qazın dayandırılması və bərpa edilməsi artıq sahədə mobil tətbiqlər vasitəsilə yerində həyata keçirilir".
Milli.Az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə "Naxçıvan" RQİİ-nin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov deyib.
O bildirib ki, bu, kağız istifadəsini azaldır və məlumatların operativ ötürülməsini təmin edir: "Qaz qurğuları və sistemlərinin istismar vəziyyətinin yoxlanılması məqsədi ilə həyata keçirilən müayinə xidməti də tam elektronlaşdırılıb. Müayinə aktları mobil cihazlarda hazırlanır və "SİMA İmza" ilə rəqəmsal imzalanır. Yeni yanaşma nəticəsində qəza çağrılarına olan reaksiya müddəti nəzərə çarpacaq dərəcədə azalıb. Daxil olan çağrılar dərhal əməkdaşların mobil tətbiqlərinə ötürülür və bu, operativ müdaxiləni təmin edir.
Şəbəkə idarəçiliyində qaz şəbəkəsinin vəziyyətinə nəzarət, nasazlıqların aşkarlanması və aradan qaldırılması elektron sistemlə həyata keçirilir. Aşkarlanan problemlər avtomatik olaraq təmir prosesinə yönləndirilir. Podratçıların işlərinə uzaqdan nəzarət imkanı yaradılıb ki, bu da nöqsanların vaxtında aşkarlanmasına, operativ müdaxiləyə və keyfiyyətin artmasına kömək edir, eyni zamanda vaxt və resurslara qənaət edir. Digər mühüm istiqamətlərdən biri isə abonent məlumatlarının toplandığı informasiya sistemində məlumatların dürüstləşdirilməsidir. Yeni yanaşma çərçivəsində sahə əməkdaşları mobil tətbiq vasitəsilə ünvan məlumatlarını ÜRİS ilə inteqrasiya əsasında əldə edərək sistemə daxil edirlər. Bu modul yeni standartlara uyğun ünvan məlumatlarının birbaşa mənbədən götürülərək informasiya sistemində toplanmasını təmin edir. Eyni zamanda abonentlərin əlaqə və identifikasiya məlumatlarının (o cümlədən FİN kodunun) yenilənməsi həyata keçirilir"./Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir





