Cəmiyyət

Bu sahələrdə çalışanların DİQQƏTİNƏ: İş rejimi dəyişdirilir

23 Fevral 2026 10:15
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.

Milli.Az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb.

İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür. Sahib Məmmədov vurğulayıb ki, bəzi iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq.

Hələlik isə bununla bağlı konkret addım atılmayıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.