Ölkədə məişət zorakılığı ilə bağlı daha bir qalmaqallı hadisə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, uzun illər həyat yoldaşının fiziki təzyiqlərinə məruz qaldığını iddia edən kişi məhkəməyə müraciət edib.
Məlumata görə, idmanla məşğul olan qadın ərinə qarşı dəfələrlə şiddət tətbiq edib, ona işgəncə xarakterli davranışlar göstərib. Hadisə ilə bağlı məhkəmə prosesindən sonra kişinin vəkili jurnalistlərə açıqlama verib və uzun müddət davam edən məişət zorakılığının artıq rəsmi qaydada təsdiqləndiyini bildirib.
Məhkəmə qərarına əsasən, qadının ərinə yaxınlaşmasına qadağa qoyulub və onun müəyyən məsafədən artıq yaxınlıq etməsi hüquqi məsuliyyət yaradacaq.
Vəkil əlavə edib ki, bu qərar kişinin təhlükəsizliyinin təmin edilməsi üçün atılmış zəruri addımdır. Hadisə sosial şəbəkələrdə ciddi müzakirələr doğurub, bir çoxları məişət zorakılığına dair belə halların açıq şəkildə gündəmə gətirilməsini vacib hesab edib.
Milli.Az





