Cəmiyyət

“MTV Azerbaijan” telekanalı üçün müsabiqəyə start verilir

31 May 2010 11:54
Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, bu il sentyabr ayının ilk həftələrində Azərbaycanda yeni musiqi telekanalı - "MTV Azerbaijan"ın açılması planlaşdırılır. Bu barədə MTV telekanalının regional meneceri Mathev Goldstein məlumat verib.
Milli.Az xəbər portalına daxil olan məlumata görə, MTV telekanalı Azərbaycanda gənclər arasında müsabiqəyə start verir. İyun ayının 21-dək davam edəcək müsabiqədə rəqs, ifa və digər istedadları olan gənclər iştirak edə bilər. Qalib gələnlər aşağıda adları qeyd olunan hədiyyələrlə mükafatlandırılacaqlar:

1) MTV-nin Londondakı studiyasına səyahət (oteldə yaşayış daxildir)
2) Dünya şöhrətli ulduzla görüş
3) MTV telekanalında hər hansı videonun yayımlanması

Qeyd edək ki, digər aktiv üzvlərə isə MTV telekanalının gecələrinə və festivallarına pulsuz bilet, eləcə də digər hədiyyələr təqdim olunacaq.

Günay
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.