Cəmiyyət

Hansı şagirdlərə qırmızı attestat verilir?

5 İyun 2023 13:42
Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şagirdin qırmızı attestat alması üçün buraxılış imtahanlarında yüksək qiymət almalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

"Buraxılış imtahanından zəif nəticə göstərən şagirdin qırmızı attestat alması halı mümkün deyil",- deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev qeyd edib ki, 2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.