Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub. Nəticədə kibertəhlükəsizlik sahəsində 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin (National Cybersecurity Index - https://ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstanın 50-ci, Ermənistan isə 90-cı yerdə olduğu qeyd edilir.

Estoniyanın "Elektron İdarəçilik Akademiyası Fondu" tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi, kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kibertəhlükəsizliyin bütün sahələrdə inkişaf etdirilməsi, xüsusilə kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsinin ölkəmiz üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, həmçinin Azərbaycanda kibertəhlükəsizliklə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahənin inkişafına böyük önəm veriləcəyi dəfələrlə qeyd edilib. Kibertəhlükəsizliyin hər zaman Azərbaycanın gündəliyində olduğunu və bütün ölkələrin bu sahədə hazırlıqlı olmasını qeyd edən Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına yönəlik ciddi addımların atılması barədə müvafiq tapşırıqlar verilib.

Bu yanaşma və kibertəhlükəsizliyin təmin edilməsi zərurəti bu gün Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində ən vacib çağırışlardan birinə çevrilib. Bu çağırışlara uyğun fəaliyyətlər bir sıra səlahiyyətli qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunmaqda və Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki potensialı inkişaf etdirilməkdədir.
Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:
1. Ümumi siyahı: https://ncsi.ega.ee/ncsi-index/
2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/
https://ncsi.ega.ee/country/az/?pdfReport=1
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb





