Sosialdakı asosiallar: bu bəlaya nə qədər dözəcəyik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrin gündəlik həyatımızın vacib və ayrılmaz elementinə çevrildiyi faktdır. Və bu gün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək sözün əsl mənasında bir qədər çətin görünür. Təəssüflər olsun ki, bununla yanaşı, sosial media infomasiya mənbəyi ilə yanaşı, şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın bir növ məkanına çevrilib. Heç bir məsuliyyət hiss etmədən insanların şəxsi həyatına müdaxilə edilir, yalan və böhtan dolu xəbərlər tirajlanır. Və maraqlısı odur ki, bu həyəcan təbilini artıq demokratiyanın beşiyi hesab edilən Qərb ölkələrində də başa düşməyə başlayıblar.
Ortada da artıq xeyli nümunə və faktlar da var. Məsələn, Avropa gündəmi nasist simvollarını sosial şəbəkələrdə təbliğ edən müharibə veteranı Darren Bredi həbsi xəbərləri ilə dolub. Britaniya polisi kollektiv şikayət əsasında sosial şəbəkələrdə nasist təbliğatı aparan şəxsi cəzalandırıb. Britaniya mətbuatının yazdığına görə, 51 yaşlı Alderşot sakini nasist svastikası formasında LGBT simvolu sayılan Progress Pride bayrağının şəklini retvit etdiyinə görə saxlanılıb.

Azərbaycanda is bu istiqamətdə müəyyən profilaktik addımlar atılanda bir qədər aqressiya ilə qarşılanır. Necə olur ki, demokratiyanın beşiyi hesab edilən Britaniyada belə tip təbliğat aparan şəxslər həbs ediləndə heç kim hay-küy qaldırmır. Amma Azərbaycanda qəsdən, əksər hallarda ölkənin təhlükəsizliyi ilə bağlı şər-böhtan xarakterli şayiələr yayan şəxs prokurorluğa çağırılanda dərhal yerli "hüquq müdafiəçiləri" peyda olur və "söz azadlığının məhdudlaşdırılması", "hüquq müdafiəsi" ilə bağlı qışqırmağa başlayırlar. Məsələn, ötən həftə internetdə Azərbaycan ordusu hissələrinin hərəkətini əks etdirən görüntüləri "Yeni müharibə başlayır" başlığı ilə yerləşdirən bir neçə istifadəçi Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq edilib.

Belə olan halda dövlət qurumlarının reaksiyası yüz faiz adekvatdır, çünki belə xəbərlər, birincisi, cəmiyyətdə lüzumsuz təşviş yaradır, ikincisi, dövlətin təhlükəsizliyinə və müdafiəsinə xələl gətirən informasiya sızmasıdır. Hər bir aktiv sosial şəbəkə istifadəçisi anlamalıdır ki, burada hər hansı bir təzyiq və yaxud hüquq pozuntusndan söhbət gedə bilməz. Sivil ölkələrin hər biri belə bir addım atır və bu da normal qarşılanmalıdır.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





