Türkiyəli aktyor Batuhan Karacakaya yeni münasibətə başlayıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun "Survivor" yarışmasındakı dostu Aleyna Çalışkan ilə eşq yaşadığı bəlli olub.
Cütlüyün yayda çəkilən səmimi görüntüsü sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Batuhan "Aşk-ı Memnu" serialında "Bülən" obrazıyla məşhurlaşıb.
Milli.Az