Şou-biznes

Peyvənd olunmayan Flora Kərimova: Hələ ağlımı itirməmişəm...

17 Sentyabr 2021 17:30
27 Şərh     Baxış: 15 178

"Son vaxtlar koronavirusdan dünyasını dəyişən sənətçiləri bir-bir yola salırıq. İndi kim dünyasını dəyişirsə, qoyurlar koronavirusun boynuna".

Milli.Az "yenisabah.az"a istinadən xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova bildirib.

O əlavə edib: "Bu gün internetdə belə bir məlumat oxudum ki, Dünya Səhiyyə Təşkilatı açıqlama verib, bu bəla 2024-cü ilə qədər davam edəcək. Doğrudursa, yalan olsun! Onda belə çıxır ki, həmin vaxta qədər kim özünü saxladısa, saxladı, qurtuldu. 

Bir tanınmış professor da deyir ki, özünüzü təbii vasitələrlə qorumağa çalışın, çoxlu limon yeyin. A kişi, bu, planlaşdırılmış xəstəlikdir. Bizim bəxtimizə niyə düşdü, bilmirəm. Onsuz da cavanlarımızı müharibədə itirmişdik". 

"Mən də özümü maksimum qorumağa çalışıram" - deyən 80 yaşlı müğənni vaksinasiyadan imtina edənlər arasındadır. O, çarəni təbii üsullarda tapıb:

"Peyvənd vurdurmamışam, heç vaxt da vaksinasiyaya getmərəm, hələ ağlımı itirməmişəm. Belə düşünürəm. Özümü təbii yollarla qorumağa çalışıram. Həyatdan yapışıb durmuşam. Deyirəm ki, nəvəmi görənə qədər Tanrı mənə möhlət versin. Zarafatımdan da qalmıram, pozitiv olmağa çalışıram. Hər şey Allahdan asılıdır, hər birimizin ömrü onun əllərindədir. Allah hər kəsə uzun, xoşbəxt ömür yaşamağı nəsib etsin. Ən əsası isə heç vaxt kimisə ağıllı həyatla qəddar həyat tərzi arasında seçim qarşısında qoymasın. İndiki dövrdə insanlar vicdanlarını itirə-itirə yaşayırlar. Allah bizi bax bundan qorusun".

Milli.Az

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Eugenia · 17 Sentyabr 17:39207

    Agilli qadindir.duz edir.

    Cavab yaz
    • Anonim
      Cavab · 17 Sentyabr 21:17510

      Yaşı 80- i keçib ona görə belə danışır.Guya hamı kefindən vaksine vurdurdu heləmi? Siz bu danisiginizla vaksin olunanları təhqir edirsiniz.

      Cavab yaz
  • Anonim
    ### · 17 Sentyabr 17:41185

    Sizin sozunuzdən belə çıxır ki, vaksin olunanlar ağlını itirib? Neyləsinlər, iş yerindən tələb olunur, onlarda tələbə əməl edirlər.Konullu olsaydı siz deyən olardı.O ki qaldı sizə, sizin artıq 80 yaşınız var .Sizi bundan belə hansı işdən çıxaracaqlar ki? Allah xalqımızı bu bəladan tezliklə qutarsin

    Cavab yaz
  • Anonim
    Samire · 17 Sentyabr 17:41184

    Allah can sağlığı versin bu böyük senetkara. İnşAllah nevelerinin xoş günlerini görmek qismeti olar.

    Cavab yaz
  • Anonim
    M · 17 Sentyabr 17:48715

    F.Kərimova, ölüm ayağı cəsarətdi bu?

    Cavab yaz
  • Anonim
    1 və 2 doza · 17 Sentyabr 17:51227

    Deməli, mən ağlımı itirmişəm..... Bu da bizim ağbirçəyimiz (((.. Həqiqətən, ağıl yaşda deyil, BAŞDADI.

    Cavab yaz
    • Anonim
      1 və 2 dozaya · 19 Sentyabr 11:0621

      Qocaya hörmətdən məlumdur aglın.Vaksinin təsiridir

      Cavab yaz
      • Anonim
        Tofiq · 19 Sentyabr 13:2002

        Aqlu cawan qocanın boyunu yere soxum

        Cavab yaz
        • Anonim
          Tofiqə · 20 Sentyabr 14:5720

          Bahəm

          Cavab yaz
  • Anonim
    Sabina · 17 Sentyabr 19:33612

    Floranın haçan ağılı olub ki, indi də olsun. Elə həmişə belə olub, ona ğörə də lazım olmayan işlərə həmişə baş qoşub

    Cavab yaz
  • Anonim
    Sabina · 17 Sentyabr 19:38511

    Flora haçan ağıllı olub ki, indi də olsun. Onsuz da sonuna az qalıb, buna görə də özünü qorumaq ehtiyac yoxdur

    Cavab yaz
  • Anonim
    Bayram · 17 Sentyabr 20:3333

    Qocalıq özüdə uşaqlıqdır. ( sənətdə bərabəri yoxdu) Bu tədbir dövlət səviyyəsində həyata keçirilir. Yenə örnək olmaq, nümunə göstərmək lazımdır. Uşaq vaxtı vurulmuş peyvəndlərin hər bir yaşlının qolunda izi var.

    Cavab yaz
  • Anonim
    Ayka · 17 Sentyabr 21:1372

    Qorxursuz ki sonsuz olarsız

    Cavab yaz
  • Anonim
    dudan-sedaqet · 17 Sentyabr 22:5156

    Çox düz deyir.Qibtə edirəm bu ağıllı,düşüncəli super qadına.

    Cavab yaz
  • Anonim
    Mən ölü, siz diri! · 18 Sentyabr 00:0194

    Görərsiz indi. Yaxın vaxtlarda bu xanım möhhhkəm coronavirusa yoluxacaq, nə bilim aparat zad və s. öz yerində. Sağ qalsa muştuluğu məndə. Кстати mən deyən kimi olsa, NİKimi yazacam.

    Cavab yaz
    • Anonim
      Ölüyə · 20 Sentyabr 14:5710

      Elə sən ölü

      Cavab yaz
  • Anonim
    · 18 Sentyabr 08:5941

    Tamda təstiqlyirəm eyni düsüncədəyik

    Cavab yaz
  • Anonim
    Mila · 18 Sentyabr 09:5843

    Bes seni verlislere nece cagirirlar sen hec yere gede bilmezsen axi vaksinsiz

    Cavab yaz
    • Anonim
      Cavab · 18 Sentyabr 13:4835

      Kim deyir onu? Bəlkə vaksinsiz pasport alıb.

      Cavab yaz
  • Anonim
    Fuad · 18 Sentyabr 10:3031

    Koronovirus və vaksinasiya mövzusunda bu problemdən anlayışı olmayanlar nə danışırsa, xəbər saytları onu göydə qapıb, insanlarda ümidsizlik yaratmağa çalışırlar. Flora xanıma bir sənətkar kimi hörmətimiz var. Yaxşı olar ki, bilmədiyi problem haqqında dilə gətirdiyi yanlışlığı yayıb, Flora xanımı hörmətdən salmayasınlz.

    Cavab yaz
  • Anonim
    anonim · 18 Sentyabr 13:4834

    Flora xanım ürəyi xalqı ilə döyünən Böyük sənətkarımızdı,ona qulaq asmağa dəyər.

    Cavab yaz
  • Anonim
    anonim · 18 Sentyabr 13:5243

    vaxtıyla siyasi fəalığı ilə fərqlənən,xalqa yanan sənətçimizdir Flora xanım.

    Cavab yaz
    • Anonim
      M · 18 Sentyabr 15:5123

      ona görə bu zərərli açıqlamanı verir? birincisi,əgər sənin xalq sənətkarın zərrə qədər də olsa bu xalqa canı yansaydı,bu xalqı düşünsəydi,ömrü boyu mətbuata belə bir bivec açıqlama verməzdi.ikincisi də,heç kimə xalq lazım deyil.siyasi fəaliyyətin başlanğıcında şəxsi ambisiya durur.xalq isə bu yolda bir bəhanədi,alətdi.əslində isə heç kimə xalq lazım deyil.

      Cavab yaz
    • Anonim
      Cavab · 18 Sentyabr 16:2641

      Belə ürəkli adam idi çıxdı verilişlərin birində bu haqda xalqına müraciət edərdi.İkincisidəki hamı işinin dərdindən vurdurdu da vaksinin.Guya Flora bunu bilmir.

      Cavab yaz
  • Anonim
    Saleh · 19 Sentyabr 11:0932

    Flora xanım həkimdir və bildiyi bir şeylər var.Burda oturub o cür sənətkara laf sokmalar mərd adamın işi deyil.

    Cavab yaz
  • Anonim
    nika · 19 Sentyabr 14:5610

    Her yerda mecburudur xeste olsun olmasin hecbir yoxlama aparmamiw boynundan basib peyvendi vururlar neca olubki bu xanima vurmayiblar cox tecubludur

    Cavab yaz
  • Anonim
    anonim · 19 Sentyabr 15:2702

    Axi vaksin mecburudur neca olubki Flora xanima vurulmayib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.