Şou-biznes

"Qadın və kişi bir-birini dinləmir - təbii ki, boşanacaqlar da"

4 Avqust 2021 19:20
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rəşad İlyasov "Üzə-düz" verilişində qonaq olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, sənətçi veriliş zamanı son zamanlar boşanmaların sayının çox olması mövzusuna toxunub:

"Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət deməyib ki, siz boşanın. Həm də fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlər olub. Bölgələrdə daha çox görürük ki, valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Hər mənada fiziki və mənəvi tərəfdən sağlam ailə olmur. İnsanlar çox səbirsiz olublar. Bir az boş buraxıb, təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, boşanacaqlar da. 6 ay yaşayandan sonra ayrılırlar, axı nişanlı da qalırsan, sən o müddətdə tanımalıydın. Erkən yaşda olan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün ilk dönəmlərdə 2-3 il dözmək lazımdır. Çünki hər iki yad nəsil birləşir. Anam da bunu deyirdi həmişə. Gənclər, düşünün, tez ərizə verib boşanmayın!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.