Şou-biznes

"Məhkəmədə bütün qadınların adından mübarizə aparacağam"

8 May 2021 09:57
Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç il əvvəl boşanan məşhur cütlük - Mustafa Sandal və Əminə Yahoviç arasında aliment gərginliyi yaşanır. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bir müddət əvvəl Sandal pandemiya səbəbindən maddi vəziyyətinin yaxşı olmadığını bildirərək aliment məbləğinin aşağı salınması üçün məhkəməyə müraciət etmişdi.

Bununla bağlı Əminə Yahoviçin cavabı gecikməyib. Belə ki, o, açıqlamasına müğənninin maddi sıxıntısının olmadığını bildirib:

"73 min 580 avro alacağım var. Maddi sıxıntısının olmadığını bilirəm. Ədalətin yerini tapacağına inanıram. Türk ədalətinə güvənim tamdır. Məhkəmədə  yalnız özüm üçün deyil, mənimlə eyni vəziyyətdə olan boşanmış bütün qadınların adından mübarizə aparacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.