Şou-biznes

Kanye haqda filmin hüquqları 30 milyona satıldı

9 Aprel 2021 09:34
Baxış: 327

Amerikalı məşhur milyarder repçi Kanye Uest haqqında lentə alınan sənədli filmin hüquqları 30 milyon dollara satılıb.

Milli/Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Bildirilib ki, "Coodie & Chike" rejissor duetinin 20 il ərzində çəkdiyi filmin hüquqlarını "Netflix" platforması alıb.

Adı hələlik məlum olmayan ekran işində Kanyenin anasının ölümündən və repçinin erkən rəssamlıq karyerasından bəhs olunacaq. Film bu ilin sonunda tamaşaçılara təqdim olunacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.