Şou-biznes

"Toy qiymətlərini 15 minə qaldırmışdılar" - Nazim müğənnilərin sirrini açdı

2 Dekabr 2020 17:34
Baxış: 2 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Faytonçu" ləqəbli müğənni Nazim Pişiyarı sənət adamlarının maddi sıxıntılar yaşadığını deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında danışıb. O bildirib ki, özü də pulsuzluqdan əziyyət çəkir:

"Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Niyə gizlədim, pulum tükənib. Həmkarlarım da bu haqda danışır. Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizlə nəvazişlə danışsın. Biz sənət adamları həssas biriyiq. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir".

Nazim sənət adamlarının toy qiymətlərindən də danışıb:

"Digər həmkarlarımın toy qiyməti kəllə-çarxa idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəm. 8 minə toya getmirdim ki, indi vəziyyəti düşünüb 5 min edim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.