Anar Nağılbazın ölümünün səbəbi nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış reper Anar Nağılbaz vəfat edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə müğənni Ceyhun Qala şəxsi İnstaqram hesabında məlumat yayıb.
Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.
Atası, sabiq deputat Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: "Qara ciyəri iflas etmişdi".
Jurnalist İradə İsak isə Anar Nağılbazın vəfatıyla bağlı sosial şəbəkədəki səhifəsində belə yazıb: "Anar Nağılbazgildəyik. Atası Rizvan dayıyla həyətdə danışdım. Atasının sözlərinə görə, Anar evə gəlib, qəfil halı pisləşib, yıxılıb, dili qatlanıb. Təcili yardım maşını çağırıblar, xəstəxanaya gedərkən yolda keçinib. Allah rəhmət eləsin".
Minval.info qeyd edib ki, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.
1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub.
Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar





