Şou-biznes

Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi

16 May 2018 13:46
8 Şərh     Baxış: 8 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində reklam etdiyi ginekoloq Natiq Məhərrəmov saxta yolla pul qazanması xəbəri ilə gündəmə gəlmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bundan sonra həkimin reklamı kanalda dayandırılmışdı. Zaur verilişində açıqlama verərək "Həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Kiməsə yaxşılıq etsəm, onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. Həkim bu xəstəni təmənnasız sağaltdı, baxın. Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil" sözlərini söyləmişdi.

Ötən gündən etibarən isə Z.Baxşəliyevin proqramında ginekoloq yenidən reklam olunmağa başlayıb.

Zaur ona kömək üçün müraciət edən bir xanıma üzünü tutaraq "Sənin dərdinə tək çarə Natiq idi, ona görə çağırdıq gəldi. Həkimimiz işində-gücündədir. Bir neçə gündən sonra bizimlə olacaq. Hər şey yaxşıdır, qaydasındadır" sözlərini deyib.

Qeyd edək ki, Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.