Şou-biznes

"Ağsaqqal" "Bozbash pictures"dən getdi?

27 Mart 2018 11:29
26 Şərh     Baxış: 10 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Azər Baxşəliyevin "Bozbash pictures"in yeni bölümlərində artıq rol almaması diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Ağsaqqal" obrazını canlandıran Azər son üç bölümdə yer almayıb.

Onun yoxluğu sosial şəbəkədə də müzakirələrə səbəb olub. Belə ki, "Bozbash pictures"in paylaşımlarında Ağsaqqallın olmaması ilə bağlı yaradıcı heyətə suallar ünvanlanıb.

Bəziləri isə A.Baxşəliyevlə komanda arasında narazıçılıq olduğunu, onun bu səbəbdən ayrıldığını qeyd edib. Onlar hətta ATV-nin Novruz bayramı münasibətilə edilən çəkilişlərdə də bir araya gəlməyiblər.

Aktyor İlkin Həsəni əməkdaşımızla söhbətində Azərin layihədən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Hazırda Azərin başı toy hazırlıqlarına qarışıb. Bir az işləri var. Dostluğumuz davam edir. Gələcəkdə yenidən layihəyə qayıdacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.