Şou-biznes

Nigardan Röyaya cavab: "Özündə yoxdur deyə mənim bədənimi süni adlandırır"

18 Dekabr 2017 12:17
22 Şərh     Baxış: 11 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan ilə müğənni Nigar Camal arasında qalmaqal daha da böyüyür.

Milli.Az xəbər verir ki, müğənni Nigar Camal sosial şəbəkədə Röyanın ittihamlarına cavab verib:

"Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç "MUZ TV" mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni İnstaqram-da bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki (stilist Anar Ağakişiyev), Röyanı makiyaj etməyə qoymayım?"

Qeyd edək ki, ötən gün Röya açıqlamasında "Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı" deyərək Nigar Camala söz atmışdı.

Onu da bildirək ki, məşhur xanımlar arasında qalmaqal Türkiyədə keçirilən "Altın Kelebek" mükafat mərasimindən başlayıb.(azxeber.com)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.