Yaradıcılığına "Azəri Star" mahnı müsabiqəsində müğənni kimi başlayıb, 2008-ci ildə Türkiyədə keçirilimiş "Popstar Alaturka" yarışmasında fərqli performans nümayiş etdirib istedadını milyonlarla tamaşaçıya tanıdan
Aygün Şükürova şou gündəmini silkələyən yeni bir mahnısı ilə pərəstişkarlarını sevindirib. Tanınmış rejissor
Kənan M.M ilə ailə həyatı qurduqdan sonra sənətdə fasilə vermək məcburiyyətində qalan Aygünün həm də oğlu dünyaya gəldiyi üçün onun qayıdışı bir az da yubandı. Amma son günlər radio dalğalarında ən çox səslənən, internet saytlarından yetərincə yüklənilən "Mənə gəl desən" mahnısının ifaçısı kimi Şükürova tələb olunan müğənnilər cərgəsində öz yerini bərpa edib.