Müğənni Günay İbrahimli "Günah" adlı yeni mahnısını təqdim edib. Mahnının sözləri Sənan Mayılov, musiqi və aranjmanı Tərlan Məmmədhüseynovundur. Yaxında mahnının remiks versiyası da hazır olacaq. Günayın qarşıdakı planlarında mahnıya klip çəkdirmək var.
Hələlik isə ifaçı mahnıya uyğun yeni fotosessiyada çəkilib. Günay Milli.Az-a açıqlamasında obrazının həm yeni işinə, həm də əhvalına uyğun olduğunu açıqlayıb: "Hər mahnının öz obrazı, öz nəfəsi var. Mən daha gözəl fotosessiya da elətdirərdim. Amma düşündük ki, məhz bu imic daha uyğundur. Ümumiyyətlə, hər kəs bilir ki, mən şəkil çəkdirmək dəlisiyəm. Və nə qədər çox çəkdirsəm, əhvalım o qədər gözəl olar. Bütün fotosessiyalarımın sonunda yorulmaq əvəzinə daha çox güc alıram".
Fotosessiyanın müəllifi Fərhad Əhmədovdur, Günayın bu obrazının üzərində isə məşhur stilist Elnur Həsənov çalışıb.
Günay açıqlamasında imici barədə də danışıb: "Əksəriyyət imicimi, xarici görünüşümü bəyənir. Amma əksini deyirlərsə, sadəcə məni həzm edə bilmirlər. Əslində həmin insanlar elə ən çox bəyənənlərdir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.