Şou-biznes

Aparıcı canlı yayımda müğənniyə təklif verdi

29 İyun 2015 23:33
16 Şərh     Baxış: 5 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az publika.az-a istinadən xəbər verir ki, meyxanaçı-müğənni Vasif Əzimov "Əsl şou" verilişinin qonağı olub. Meyxanalarından daha çox mahnıları ilə tamaşaçıların diqqətini çəkən Əzimov yeni mahnılarını veriliş boyu ifa edib.

Verilişə xeyli sayda tamaşaçı zəng edib, onlar müğənnidən sevdikləri mahnını ifa etməyi rica ediblər. Bunu görən verilişin aparıcları Səidə Sultan Elgün Camal canlı efirdə müğənnini gələn həftə yenidən verilişə dəvət ediblər.
Səidə Sultan: "Vasif, sən gələn həftə yenidən bizim verilişə qonaq gəl. Amma repertuar hazırlama. İfa edəcəyin mahnıları telefon zəngləri əsasında təyin edəcəyik".
Vasif Əzimov təklifdən məmnun qaldığını gizlətməyib və razılıq verib.
Müğənni ifa etdiyi mahnıların musiqilərinin və sözlərinin özünə aid olduğunu bildirib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.