Şou-biznes

Azərbaycanlı müğənni: "Ailəli qadın evində oturmalıdır"

26 Avqust 2014 13:54
11 Şərh     Baxış: 2 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Əbdül Xalid "Hər şey daxil" verilişində xanımından danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ailə vəziyyətindən, övladına dayə tutmağı sevmədiyindən söz açıb:

"Mənim üçün ailə çox müqəddəsdir. Ailədə nizamlamanı kişi etməlidir. Bəzən qaynana deyir ki, gəlin pisdir. Bu fikirlə heç vaxt razı deyiləm. Pis elə oğuldur. Oğul oğul olmalıdır ki, hər şeyi qaydasında saxlasın. Ailədə xanımın işləməsini xoşlamıram.

Övladıma dayənin baxmasını sevmirəm. Ana səhər saat 8-də çıxır, axşam 6-da qayıdır. Uşaq ana sevgisi görmür. Onun, ən azı, üç yaşına kimi ana qayğısına ehtiyacı var. Ailəli qadın evində oturmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.