Şou-biznes

Azərbaycanlı müğənni: "Bu, erməni mahnısı deyil" - VİDEO

26 Avqust 2014 10:58
8 Şərh     Baxış: 2 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəstəkar-müğənni Nurlan Təhməzlinin bu günlərdə klipini təqdim etdiyi "Gəl evlənək" mahnısı böyük səs-küyə səbəb olub. Belə ki, musiqisi özünə, sözləri Zülfi Bədəlovaaid bu mahnının erməni mahnısı olduğunu iddia və buna görə müğənnini ittiham edənlər tapıldı. İfaçı isə öz növbəsində bu ittihamlara qarşı çıxdı.

O, Milli.Az-a açıqlamasında deyib: "Bu, erməni mahnısı deyil! Musiqidən anlayışı olan hər kəs mahnıya qulaq asarkən bunu təsdiqləyəcək. Bu mahnını şəxsən özüm, milli rəqs havalarımızdan ilhamlanaraq yazmışam.

Bəzi dinləyiciləri çaşdıran məqam isə mahnının sonunda dediyim - "Bay, bay, bay" ifadəsidir. Nədənsə, bəziləri bunu ermənisayaq "Vay, vay"la səhv salıblar. Klipə diqqətlə baxanlar buna əmin ola bilərlər".

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.