Şou-biznes

Aygün Kazımova Natavanı təhqir elədi, sonra isə... - YENİLƏNİB

2 Aprel 2014 12:07
69 Şərh     Baxış: 12 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:07

Ötən gün xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə müğənni Natavan Həbibinin Ramal İsrafilovla onun arasındakı qalmaqala münasibət bildirdiyi üçün təhqir etdiyi barədə xəbər yayımlamışdıq.

Küçə ifadəsi ilə həmkarının ünvanına ağır sözlər işlədən xalq artistinin bu hərəkəti sosial şəbəkələrdə etiraza səbəb oldu.

Necə ola bilər ki, Azərbaycan musiqisinin təmsilçisi, özünü şou-biznesin divası adlandıran Aygün öz şəxsi İnstagram səhifəsində açıq-aşkar bu cür sözlər işlədir? Nəzərə alsaq ki, Aygün Kazımovanın İnstagram-da 35543 izləyicisi var və özü də yaxşı bilir ki, media onun paylaşımlarına istinad edərək dəfələrlə xəbər yayımlayıb.

Bu gün isə məlum oldu ki, Aygün Kazımova İnstagram-dakı söyüşlə dolu statusunu silib. Hələ ki, sözügedən proqram yayımlanmadığı üçün biz Natavanın Aygünün ünvanına nələr dediyini bilmirik.

Xalq artistinin İnstagram-dakı söyüşünə isə Natavan cavab vermək istəməyib. Özünü müğənninin köməkçisi kimi təqdim edən Aysu adlı xanım Kazımovanın fikirlərinin Natavana maraqlı olmadığını qeyd edib:

"Aygün Kazımovanın nə yazıb, nə pozduğu Natavan xanıma maraqlı deyil. O, bu haqda danışmaq istəmir".

---------
09:30

Xalq artisti Aygün Kazımova ona məxsus rəsmi İnstagram səhifəsində həmkarı haqqında təhqiramiz ifadələr işlədib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, xalq artisti İnstagram səhifəsində "Space"də yayımlanacaq proqramlardan birində müğənni Natavan Həbibinin Ramal İsrafilovla onun arasındakı qalmaqal barəsində danışacağı ilə bağlı xəbəri paylaşıb. Natavanın onunla müğənni Ramal arasındakı qalmaqala münasibət bildirməsinə qəzəblənən xalq artisti söyüş söyməkdən çəkinməyib.

Aygün Kazımovanın işlətdiyi ifadələrin etikadan kənar olduğunu nəzərə alaraq sizlərə onu təqdim edə bilmirik.

Qeyd edək ki, A.Kazımovanın bu paylaşımı onun fanatları tərəfindən də tənqidlə qarşılanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.